Bakı. 22 sentyabr. REPORT.AZ/ "Bu, mənim Azərbaycana ilk səfərimdir. Səfərin əsas məqsədi vətəndaş cəmiyyətləri, hüquq müdafiəçiləri ilə əməkdaşlıq və dialoqdur".
"Report" xəbər verir ki, bunu BMT-nin hüquq müdafiəçilərinin vəziyyəti üzrə xüsusi məruzəçisi Mişel Forst Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında deyib.
"Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq qurmuşuq. Səfər zamanı Xarici İşlər Nazirliyində, Prezident Administrasiyasında, Ali Məhkəmədə, Baş Prokurorluqda, Ombudsmanla, eləcə də hüquq müdafiəçiləri, vətəndaş cəmiyyəti və diplomatik korpusun nümayəndələri ilə görüşlər keçirdim", - deyə M.Forst bildirib.
Xatırladaq ki, M.Forst hökumətin dəvəti ilə Azərbaycana rəsmi səfərə gəlib.
O, səfərin nəticələri barədə hesabatı gələn ilin mart ayında BMT-nin İnsan Haqları Şurasına təqdim edəcək