"Report" xəbər verir ki, oktyabrın 2-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində H.Elverin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Görüşdə çıxış edən nazir müavini Mətin Kərimli Prezident
M.Kərimli vətəndaşların məşğulluğunun artırılması istiqamətində görülən işlərdən danışıb. Özünüməşğulluq proqramı çərçivəsində görülən işlər barədə məlumat verən nazir müavini əlavə edib ki, görülən tədbirlər nəticəsində vətəndaşların aktiv məşğulluğunun təmin edilməsində mühüm nəticələr əldə olunub.
Nazir müavini DOST Agentliyi barədə də məlumat verərək əmək, məşğulluq, sosial müdafiə sistemlərinin müasir iş prinsipləri üzərində təkmilləşdirilməsi, DOST layihəsi ilə əhaliyə dövlət sosial xidmətlərinin bir pəncərə prinsipi üzrə təşkili, elektron sistemlərin tətbiqinin genişləndirilməsi sahəsində aparılan islahatları vuğulayıb.
H.Evren təmsil etdiyi qurum tərəfindən Azərbaycanda sosial sahədə aparılan islahatları diqqət və maraqla izlənildiyini, müvafiq sahələr üzrə əməkdaşlıq əlaqələrinin, təcrübə və məlumat mübadilələrinin bundan sonra da genişləndirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə müxtəlif istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsi sahəsində görüləcək işlər müzakirə olunub.
Qeyd edək ki, H.Elver səfər çərçivəsində Qubaya və Gəncəyə səfər edəcək. O, hökumət rəsmiləri, Ombudsman, BMT sistemin nümayəndələri, beynəlxalq donor icması, vətəndaş cəmiyyəti təşkilatları və digər icmalarla görüşlər keçirəcək.
Xüsusi məruzəçi səfərinə dair ilkin müşahidələrini səfərin sonunda, oktyabrın 11-də mətbuat konfransında təqdim edəcək.
Səfərlə əlaqədar H.Elverin yekun hesabatı 2020-ci ilin martında Cenevrədə İnsan Hüquqları Şurasına təqdim olunacaq.