BMT BA-nın Prezidenti pandemiya şəraitində atəşkəsə əməl edilməsinə çağırıb

BMT BA-nın Prezidenti pandemiya şəraitində atəşkəsə əməl edilməsinə çağırıb “Heç bir ölkə koronavirus pandemiyası təhlükəsinin öhdəsindən təkbaşına gələ bilməz”.
Xarici siyasət
4 May , 2020 16:06
BMT BA-nın Prezidenti pandemiya şəraitində atəşkəsə əməl edilməsinə çağırıb
Ticani Məhəmməd-Bande / Report
0 : 00
0 : 00

“Heç bir ölkə koronavirus pandemiyası təhlükəsinin öhdəsindən təkbaşına gələ bilməz”.

“Report” xəbər verir ki, bunu BMT Baş Assambleyasının (BA) prezidenti Ticani Məhəmməd-Bande Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin “COVID-ə qarşı birlikdəyik” mövzusunda keçirilən videokonfransı zamanı deyib.

“Daha güclü və daha sabit sistem yaratmalıyıq. Ölkələrin borcları böyüyür. Hələ bu problemi həll etməmişik. Hələ problemin ortasındayıq”, - o bildirib.

O, mövcud şəraitdə davam edən silahlı qarşıdurmalara son qoyulmasına və atəşkəs rejiminə əməl edilməsinə çağırıb.

“BMT olaraq Qoşulmama Hərəkatı üzvlərinin pandemiya ilə mübarizə üçün çox vacib addımlar atdığını elan edirik. Birlikdə çalışmalı və insanların gözləntilərini qarşılamalıyıq. İnsanların minimum itki ilə qida ilə tam təmin edilməsini də təmin etməliyik”, - Ticani Məhəmməd-Bande söyləyib.

O həmçinin bu videokonfransın təşkilinə görə Azərbaycan Prezidentinə, eləcə də pandemiya ilə mübarizə aparanların hamısına təşəkkürünü bildirib.

Son xəbərlər

Orphus sistemi