Yuxarı

Binəli Yıldırım: "Yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istəyirik"

Bakı. 9 oktyabr. REPORT.AZ/ "Yaxın gələcəkdə Özbəkistan və Türkmənistanı da TürkPA sıralarında görmək istəyirik".

"Report" xəbər verir ki, bu fikirləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binəli Yıldırım Avrasiya ölkələri parlament sədrlərinin 3-cü toplantısı çərçivəsində keçirilən görüşdə TürkPA-nın hədəflərindən danışarkən deyib.

TürkPA-nın Baş katibi Altınbek Mamayusupovu bu vəzifəyə seçilməsi münasibətilə təbrik edən Binəli Yıldırım əminliklə bildirib ki, yeni baş katib təşkilatın fəaliyyətinin daha səmərəli qurulması üçün böyük səylər göstərəcək.

TBMM-in sədri noyabrın 21-22-də Türkiyənin İzmir şəhərində keçirilməsi planlaşdırılan Türkdilli Ölkələrin Parlament Assambleyasının iclasında faydalı müzakirələrin aparılacağına, əhəmiyyətli qərarların qəbul olunacağına inamını ifadə edib.

TürkPA-nın mərkəzi qərargahının Bakı şəhərində yerləşdiyini xatırladan Milli Məclisin sədri Oqtay Əsədov təşkilatın səmərəli fəaliyyəti üçün bütün şəraitin yaradıldığını bildirib.  

Sonra digər ölkələrin parlament rəhbərləri də TürkPA-nın fəaliyyəti ilə bağlı fikir və mülahizələrini bölüşüblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi