Bakıda regional təhlükəsizlik üçün çağırışlara həsr olunmuş "dəyirmi masa" təşkil olunub

Bakıda regional təhlükəsizlik üçün çağırışlara həsr olunmuş "dəyirmi masa" təşkil olunub Tədbir Rumıniyanın Azərbaycandakı səfirliyinin NATO-nun əlaqələndiri səfirliyi vəzifəsinin başa çatması ilə əlaqədar keçirilib
Xarici siyasət
9 Dekabr , 2016 19:54
Bakıda regional təhlükəsizlik üçün çağırışlara həsr olunmuş dəyirmi masa təşkil olunub

Bakı. 9 dekabr. REPORT.AZ/ Bakıda ADA Universitetində "Regional təhlükəsizlik üçün çağırışlar: Qara və Xəzər dənizləri sahillərindən baxış" mövzusunda "dəyirmi masa" keçirilib.

"Report"un məlumatına görə, tədbir Rumıniyanın Azərbaycandakı səfirliyinin NATO-nun əlaqələndirici səfirliyi vəzifəsinin başa çatması və bu vəzifənin Macarıstana keçməsi ilə bağlı keçirilib.

Tədbirdə çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan Yanku bildirib ki, NATO tarixində ilk dəfədir bir ölkə ardıcıl olaraq 4 dəfə NATO-nun əlaqələndirici səfirliyi mandatı yerinə yetirib.

Azərbaycanı NATO üçün vacib ölkə olduğunu vurğulayan D.Yanku Azərbaycanın NATO-nun Əfqanıstandakı missiyasına böyük dəstək verdiyini xatırladıb. O, həmçinin Rumıniyanın Azərbaycandakı səfirliyə dəstək verən bütün rəsmi qurumlara təşəkkürlərini bildirib və NATO-nun əlaqələndirici səfirliyi mandatını yerinə yetirəcək Macarıstan səfirliyinə uğurlar diləyib.

Macarıstan səfiri İmre Laslotski NATO-nun əlaqələndirici səfirliyi vəzifəni Macarıstanın diplomatik uğuru adlandırıb. O, Azərbaycanın Avropa enerji təhlükəsizliyində vacib rol oynadığını deyib.

Sonda Azərbaycanda akkreditə olunmuş NATO üzv ölkələrin səfirləri və hərbi attaşeləri çıxış ediblər.

Son xəbərlər

Orphus sistemi