Yuxarı

Bakıda növbəti dəfə Hindistan Günləri keçiriləcək

Bakıda növbəti dəfə Hindistan Günləri keçiriləcək

Bakıda növbəti dəfə Hindistan Günləri təşkil olunacaq.

“Report” Hindistanın Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, bu çərçivədə Bakı İdman Sarayında 30 avqust – 8 sentyabr tarixlərində “Best of İndia”, yəni “Hindistanın ən yaxşıları” adı ilə bu ölkənin məhsullarının sərgisi keçiriləcək.

Sərgidə Hindistanın 40-dan çox şirkətinin təqdim etdiyi çay, ədviyyat, düyü, ev avadanlığı, geyim və tekstil əşyaları, zərgərlik və kirşan məmulatları vs. nümayiş olunacaq. Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, 2018-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 923 milyon dollar təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi