Bakıda Meksikanın Milli Bayramı qeyd edilib

Bakıda Meksikanın Milli Bayramı qeyd edilib Neft istehsalı sahəsindəki əməkdaşlıq ölkələr arasında əsas bağlayıcı amildir
Xarici siyasət
15 Sentyabr , 2017 23:10
Bakıda Meksikanın Milli Bayramı qeyd edilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakıda Meksikanın Milli Bayramı - Müstəqillik Günü qeyd edilib.

"Report"un məlumatına görə, tədbirdə ilk olaraq Azərbaycan və Meksikanın dövlət himnləri səsləndirilib. Sonra Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edib.

Səfir ölkəsinin son bir neçə il ərzindəki inkişafından danışıb. Bununla yanaşı, Meksikada baş verən, 97 nəfərin həlak olduğu zəlzələnin fəsadlarından da söhbət açıb. Təbii hadisə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Meksika-Azərbaycan münasibətlərinə toxunan səfir əlaqələrin ardıcıl inkişaf etdiyini qeyd edib. O, neft istehsalı sahəsindəki əməkdaşlığı ölkələr arasında əsas bağlayıcı amil adlandırıb.

"Bizim aramızda əmtəə dövriyyəsi artır. Əgər 2014-cü ildə bu göstərici 2 milyon dollardan az idisə, 2015-ci ildə həmin rəqəm 22 milyon dollara yüksəlib, 2016-cı ildə isə 21 milyon dollar olub. İş adamları bir-birləri haqqında daha çox öyrənir", - deyə səfir bildirib.

Öz növbəsində, Azərbaycan Xarici İşlər Nazirliyinin Amerika ölkələri üzrə İdarəsinin rəhbəri Anar Canəhmədov Meksika xalqını təbrik edərək bu ölkəyə inkişaf arzu edib.

Son xəbərlər

Orphus sistemi