Bakıda ilk dəfə kosmik proqramlar sahəsində beynəlxalq müsabiqə keçiriləcək

Bakıda ilk dəfə kosmik proqramlar sahəsində beynəlxalq müsabiqə keçiriləcək Bakı. 24 may. REPORT.AZ/ Bakıda ilk dəfə kosmik proqramlar və məlumat bazası sahəsində ActInSpace beynəlxalq müsabiqəsi keçiriləcək.
Xarici siyasət
24 May , 2018 16:41
Bakıda ilk dəfə kosmik proqramlar sahəsində beynəlxalq müsabiqə keçiriləcək
Report
0 : 00
0 : 00

Bakı. 24 may. REPORT.AZ/ Bakıda ilk dəfə kosmik proqramlar və məlumat bazası sahəsində "ActInSpace" beynəlxalq müsabiqəsi keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Fransanın Azərbaycandakı səfiri Aureliya Buşe mətbuat konfransında bildirib.

Diplomatın sözlərinə görə, bu tədbir 24 qrupa bölünəcək 105 tələbə arasında ən istedadlıların və yaradıcıların müəyyənləşdirilməsinə imkan verəcək. Onlar 24 saat ərzində jüriyə layihələrini təqdim etməli olacaqlar.

"Müsabiqə müasir və peşəkar nəsli dəstəkləmək, eləcə də yeni müasir texnologiyaları, sahibkarlığı təşviq etmək, həmçinin kosmik texnologiyalar və vətəndaş cəmiyyəti sahəsində təşkilatlar arasında əlaqələri inkişaf etdirmək, patent, proqram təminatı, məlumatlar bazası və kosmik infrastruktur sahəsində problemlərin komanda həlli yollarını müəyyən etmək məqsədi daşıyır", - səfir deyib.

Qalib komandanın adına aydınlıq gəldikdən sonra o, iyunun 27-si Azərbaycanı beynəlxalq müsabiqənin final mərhələsində təmsil etmək üçün Fransanın Tuluza şəhərinə gedəcək. Müsabiqə Azərbaycan-Fransa Universiteti ilə birgə CNES (Milli Kosmik Tədqiqatlar Mərkəzi) və ESA (Avropa Fəza Agentliyi) tərəfindən təşkil edilib.

Son xəbərlər

Orphus sistemi