Bakıda İtaliyanın Milli Gününün 72-ci ildönümü qeyd olunub

Bakıda İtaliyanın Milli Gününün 72-ci ildönümü qeyd olunub Bakı. 2 iyun. REPORT.AZ/ Paytaxt Bakıda İtaliyanın Milli Gününün 72-ci ildönümü münasibətilə tədbir təşkil olunub.
Xarici siyasət
2 İyun , 2018 02:31
Bakıda İtaliyanın Milli Gününün 72-ci ildönümü qeyd olunub

Bakı. 2 iyun. REPORT.AZ/ Paytaxt Bakıda İtaliyanın Milli Gününün 72-ci ildönümü münasibətilə tədbir təşkil olunub.

“Report” xəbər verir ki, mərasimdə xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəlikləri, hökumət rəsmiləri və başqa rəsmi şəxslər iştirak ediblər.

İtaliyanın Bakıdakı səfiri Auqusto Massari tədbirdə çıxış edib. O bildirib ki, ölkəsi İtaliya xalqının əsas dəyərinin nə olduğunu üzə çıxarmalıdır. Səfir bu günlərdə ADR-in 100 illiyinin qeyd olunduğunu xatırladaraq, hər iki ölkənin milli günlərinin tarixi baxımdan bir-birinə yaxınlığının iki dövlət arasındakı dostluğun rəmzi göstəricisi olduğunu deyib. Auqusto Massari ölkələr arasında yüksək səviyyəli ikitərəfli siyasi əlaqələrin də yaxınlıq və dostluq göstəricisi olduğunu diqqətə çatdırıb.

"Bizim dostluğumuzun möhkəmliyi Dağlıq Qarabağ münaqişəsinin həllində İtaliyanın təmkinli mövqeyində də öz əksini tapır. Biz ATƏT-in Minsk qrupu vasitəçiliyi ilə uyğun həll yolunun tapılmasını diləyirik", - deyə səfir bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov İtaliya və Azərbaycan arasında tarixi əlaqələrin, həmçinin diplomatik münasibətlərin mövcud olduğunu diqqətə çatdırıb. "İki ölkə arasındakı əlaqələrə verilən əhəmiyyət nəticəsində onlar inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə yüksəliblər", - deyə o əlavə edib.

Mərasimdə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyindən əldə edilən ADR-ə dair o dövrlərdəki yazışmalar, sənədlər nümayiş olunub.

Son xəbərlər

Orphus sistemi