Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olub

Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olub Görüşdə əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
8 Avqust , 2016 20:02
Bakıda Azərbaycan, İran və Rusiya prezidentlərinin görüşü olub

Bakı. 8 avqust. REPORT.AZ/ Bakıda, Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

"Report"un məlumatına görə, söhbət zamanı Azərbaycan, İran və Rusiya dövlətləri başçılarının ilk üçtərəfli görüşünün əhəmiyyəti qeyd edilib. Ölkələrimiz arasında siyasi, iqtisadi, energetika, nəqliyyat və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi baxımından bu görüşün önəmi vurğulanıb.

Görüşdə əlaqələrimizin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi