Yuxarı

Aleksandr Beqlov: "Sankt-Peterburqla Bakı arasında münasibətlər işgüzar xarakter daşıyır"

Bakı. 20 fevral. REPORT.AZ/ "Rusiyanın Sankt-Peterburq şəhəri ilə Bakı arasında ikitərəfli münasibətlər işgüzar xarakter daşıyır".

“Report” Federal Xəbərlər Agentliyinə istinadən xəbər verir ki, bunu jurnalistlərə Sankt-Peterburqun qubernator əvəzi Aleksandr Beqlov bildirib.

“Şəhərimizdə Azərbaycan diasporu çox böyükdür, həm mədəni həyatda, həm də siyasi həyatda yaxından iştirak edirlər”, - deyən şəhər başçısı Azərbaycana səfər etmək niyyətində olduğunu da diqqətə çatdırıb.

A.Beqlov Bakı ilə münasibətlərinin mədəniyyət və elm mübadiləsi sahəsində də yüksək səviyyədə olduğunu qeyd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi