Azərbaycanlı gənc diplomatlar Türk Şurasının təlimlərində iştirak edir

Azərbaycanlı gənc diplomatlar Türk Şurasının təlimlərində iştirak edir Qırğızıstanda keçirilən kurslar iyulun 16-dək davam edəcək
Xarici siyasət
4 İyul , 2017 12:12
Azərbaycanlı gənc diplomatlar Türk Şurasının təlimlərində iştirak edir

Bakı. 4 iyul. REPORT.AZ/ Azərbaycanlı gənc diplomatlar Qırğızıstan Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında sayca 4-cü "Türk Şurasının gənc diplomatları" təlimlərində iştirak edir.

"Report" Türk Şurasının saytına istinadən xəbər verir ki, kurslar iyulun 16-dək davam edəcək.

Təlimlərdə azərbaycanlı diplomatlarla yanaşı, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Macarıstandan olan təxminən 20 diplomat iştirak edir.

Treninqlər çərçivəsində gənc diplomatlar ölkələr arasında əlaqələr, Türk Şurasına üzv ölkələrdəki cari məsələlər və s. barədə məlumat alacaqlar.

Qeyd edək ki, oxşar təlimlər 2015-ci il martın 1-15-də Azərbaycanda da keçirilib.

Son xəbərlər

Orphus sistemi