Azərbaycanlı diplomat nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Azərbaycanlı diplomat nüfuzlu beynəlxalq mükafata layiq görülüb Bakı. 12 dekabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev Diwali təşkilatı tərəfindən nüfuzlu beynəlxalq Power of One Award mükafatına layiq görülüb.
Xarici siyasət
12 Dekabr , 2018 17:32
Azərbaycanlı diplomat nüfuzlu beynəlxalq mükafata layiq görülüb

Bakı. 12 dekabr. REPORT.AZ/ İslam Əməkdaşlıq Təşkilatının BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev "Diwali" təşkilatı tərəfindən nüfuzlu beynəlxalq "Power of One Award" mükafatına layiq görülüb.

"Report"un məlumatına görə, mükafat, ümumilikdə, beynəlxalq diplomatiyanın altı veteranına verilib. Təşkilatın açıqlamasında deyilir ki, həmin şəxslər "daha təkmilləşdirilmiş, təhlükəsiz və sülh içində olan" dünyanın qurulmasına mühüm töhfə verdiyi üçün mükafatlandırılıb.

Qeyd edək ki, mükafat Azərbaycandan başqa, Vyetnam, Hindistan, Sloveniya, Tunis və Yunanıstandan olan veteran diplomatlara verilib.

Son xəbərlər

Orphus sistemi