Yuxarı

Azərbaycanlı deputat Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik edəcək

Müşahidə missiyasının tərkibinə ATƏT-in 12 ölkəsindən 25 deputat daxildir

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT PA-nın müşahidə missiyasına başçılıq edəcək.

"Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, müşahidə missiyasının tərkibinə ATƏT-in 12 ölkəsindən 25 deputat daxildir.

Qeyd edək ki, Makedoniyada parlament seçkiləri bu il dekabrın 11-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi