Azərbaycanlı deputat Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik edəcək

Azərbaycanlı deputat Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik edəcək Müşahidə missiyasının tərkibinə ATƏT-in 12 ölkəsindən 25 deputat daxildir
Xarici siyasət
30 Noyabr , 2016 14:27
Azərbaycanlı deputat Makedoniyada keçiriləcək seçkilərdə ATƏT PA-nın müşahidə missiyasına rəhbərlik edəcək

Bakı. 30 noyabr. REPORT.AZ/ Azərbaycan Milli Məclisinin deputatı, ATƏT-in Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev Makedoniyada keçiriləcək parlament seçkilərində ATƏT PA-nın müşahidə missiyasına başçılıq edəcək.

"Report" ATƏT PA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, müşahidə missiyasının tərkibinə ATƏT-in 12 ölkəsindən 25 deputat daxildir.

Qeyd edək ki, Makedoniyada parlament seçkiləri bu il dekabrın 11-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi