Azərbaycanla İran arasında energetika və nəqliyyat sahələrində sazişlər imzalanması planlaşdırılır

Azərbaycanla İran arasında energetika və nəqliyyat sahələrində sazişlər imzalanması planlaşdırılır İki ölkə Həsən Ruhaninin Bakıya səfərindən əvvəl sənədləri razılaşdırır
Xarici siyasət
4 Noyabr , 2014 16:24
Azərbaycanla İran arasında energetika və nəqliyyat sahələrində sazişlər imzalanması planlaşdırılır

Bakı. 4 noyabr. REPORT.AZ/ İranın rabitə və informasiya texnologiyaları naziri, Azərbaycan-İran dövlətlərarası komissiyanın iqtisadi məsələlər üzrə həmsədri Mahmud Vaezi noyabr ayının 6-da Azərbaycana səfər edəcək.

İranın Azərbaycandakı səfiri Möhsün Pakayin "Report"a bildirib ki, səfərin əsas məqsədi  bu ölkənin prezidenti Həsən Ruhaninin Bakıya səfəri çərçivəsində imzalanacaq sənədləri Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ilə razılaşdırmaqdır.

Xüsusilə, ikitərəfli əməkdaşlıq, energetika, nəqliyyat və tranzit, iqtisadiyyat və digər məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, Həsən Ruhaninin Azərbaycana səfəri noyabr ayının 15-dək nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi