​Azərbaycanın təhsil naziri Astanaya səfər edəcək

​Azərbaycanın təhsil naziri Astanaya səfər edəcək Mikayıl Cabbarov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin iclasında iştirak edəcək
Xarici siyasət
5 Sentyabr , 2015 09:43
​Azərbaycanın təhsil naziri Astanaya səfər edəcək

Bakı. 5 sentyabr. REPORT.AZ/ Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Astanaya səfər edəcək.

Qazaxıstanın Azərbaycandakı səfiri Beybit İsabaev "Report"a açıqlamasında bildirib ki, Azərbaycanın Təhsil naziri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrinTəhsil nazirlərinin iclasında iştirak edəcək.

Səfir vurğulayıb ki, görüşün əsas mövzusu 24 saat ərzində yayımlanan Türk kanalının açılması olacaq.

B.İsabaev, həmçinin qeyd edib ki, sentyabrın 7-də Astanaya UNESCO məsələləri üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyevanın səfəri baş tutacaq. "Yüksək səviyyəli hökumət rəsmilərinin görüşündə media, informasiya və kibertəhlükəsizlik məsələləri müzakirə olunacaq. Sonra həmin məsələlər sentyabrın 10-da Xarici İşlər Nazirləri Şurasında müzakirə olunacaq və müvafiq sənədlər sentyabrın 11-də Astanada keçiriləcək sammitdə dövlət başçılarına imzalanmaq üçün təqdim olunacaq",- səfir bildirib.

Son xəbərlər

Orphus sistemi