Azərbaycanın Respublika Günü Finlandiyada qeyd edilib

Azərbaycanın Respublika Günü Finlandiyada qeyd edilib Tədbir Espoo şəhərindəki Sello kitabxanasının konfrans zalında keçirilmişdir.
Xarici siyasət
26 May , 2019 23:50
Azərbaycanın Respublika Günü Finlandiyada qeyd edilib

Tədbir Espoo şəhərindəki Sello kitabxanasının konfrans zalında keçirilmişdir.

"Report" xəbər verir ki, tədbirdə,ictimaiyyət nümayəndələri,Türk dənəyinin üzvləri, fəal gənclər, ziyalılar və iş adamları iştirak etmişdir.

Tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsiylə başlamışdır. Daha sonra Finlandiya Azərbaycanlılar Koordinasia şurasın əlaqələndiricisi və Azərbaycan-Türk gənclər təşkilatının sədri Ülviyyə Cabbarova iştrakcıları salamlayaraq 28 may Respublika günü münasibətiylə qonagları təbrik edərək bildirmişdir ki, “1918-ci il mayın 28-də “İstiqlal bəyannaməsi”ndə Azərbaycanın müstəqil dövlət olduğu elan edilmiş, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası olmasını geyd etmişdir. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin , onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi.

Azərbaycan Xalq Cümhuriyyətinin ilk hökumət başçısı Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq, Osmanlı dövlətindən hərbi yardım alındı. Beləliklə də 1918-ci il iyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçib-seçilmək hüququ verildi. Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, türk olmayan xalqlar üçün türk dilli kurslar açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı dövlət universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı. Bütün bunlar hamısı qısa sürmüş müstəqillik zamanı əldə edilmiş uğurlar idi.

Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Ölkəmizə əsən şimal küləyi müstəqilliyimizi təhlükə altında qoydu. Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən Sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu. Təəssüflər olsun ki, uzun mübarizdən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. Onun süqutundan sonra Sovet imperiyasının 70 illik əsarəti dövrü başladı. Lakin xalqımız müstəqillik uğrunda mübarizəni davam etdirdi. Bu mübarizədə çoxlu şəhidlər verdik. 1991-ci ildə müstəqilliyimizi yenidən əldə etdik.

Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsilə iş qurtarmır. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu yerinə yetirməlidir.

Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı. Lakin Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətindən fərqli olaraq, mürəkkəb vəziyyətdə öz müstəqilliyini və suverenliyini qorumağı və möhkəmləndirməyi bacardı, dövlətçiliyin qorunması üçün qətiyyətli tədbirlər görüldü, ölkədə davamlı ictimai-siyasi sabitlik bərpa edildi. Bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir. Bu sahədə qazanılmış nailiyyətlər qürur doğurur. Respublikamızda siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün təsirli tədbirlər görülür”

Tədbir bədii hissəylə davam etmişdir. Bacariqlı gəncərimiz , Mona Safojifar Azərbaycanın görkəmli xalg şairi Səməd Vurğunun ”Azərbaycan” şeiriylə cixiş etmişdir. , daha sonra Efe Acar və Monanın ifasinda səslənən mahnılar və incəsənət xadimlərinin cixişları Könul Saedinin ifasında Azərbaycana aid xalq mahniları və pianocu Leyli Hüseynovanın ifasında bir neçə gözəl əsərlər səsləndirilmişdir.

Sonda Ulviyya Cabvarova

Fəxrlə qeyd edə bilərəm ki, Finlandiyada yaşayan soydaşlarımız dünya ölkələri üçün bir nümunədir. Baxın elə bunun bariz nümunəsidir ki, onlar qızıldan qimətli vaxtlarını ayırıb, bayramımıza təşrif buyurmuşlar, özləri ilə Azərbaycan mətbəxinin ləziz təamlarını bişirib gətirmişlər. Bunun üçün Sizlərə təşkilatımız adından dərin minnətdarlığımızı bildirirəm deyərək tədbirimiz davam etmişdir.

Son xəbərlər

Orphus sistemi