Azərbaycanın Qətərlə Türkiyə arasındakı tranzit sazişinə qoşulması təklif olunub

Azərbaycanın Qətərlə Türkiyə arasındakı tranzit sazişinə qoşulması təklif olunub Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətər Dövlətinin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari ilə görüşüb.
Xarici siyasət
28 Noyabr , 2018 20:27
Azərbaycanın Qətərlə Türkiyə arasındakı tranzit sazişinə qoşulması təklif olunub

Bakı. 28 noyabr. REPORT.AZ/ Bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadiyyat və Ticarət Əməkdaşlığı üzrə Daimi Komitəsinin (COMCEC) 34-cü sessiyasının nazirlər toplantısı çərçivəsində Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Qətər Dövlətinin iqtisadiyyat və kommersiya naziri Ali Bin Ahmed Al Kuşari ilə görüşüb.

DGK-dan "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan-Qətər münasibətləri müzakirə edilib.

Ali Bin Ahmed Al Kuşari Qətərlə Azərbaycan arasında yaxın dostluq və qardaşlıq münasibətlərinin mövcudluğundan, iqtisadi münasibətlərin yüksələn xətlə inkişafından bəhs edib. Eyni zamanda nazir Qətərlə Türkiyə arasında mövcud olan tranzit sazişinə Azərbaycanın da qoşulması təklifini dilə gətirib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycanla Qətər arasında gömrük sahəsində əlaqələrin inkişafından, əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

Eyni zamanda DGK sədri Qətərin iqtisadiyyat və kommersiya nazirini Azərbaycana dəvət edib.

Son xəbərlər

Orphus sistemi