Azərbaycanın Braziliyadakı səfiri Rio de Janeyro şəhərinin meri ilə görüşüb

Azərbaycanın Braziliyadakı səfiri Rio de Janeyro şəhərinin meri ilə görüşüb Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Rio de Janeyro şəhərinin meri Marcelo Crivella ilə görüş keçirib.
Xarici siyasət
5 Noyabr , 2019 22:08
Azərbaycanın Braziliyadakı səfiri Rio de Janeyro şəhərinin meri ilə görüşüb

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elxan Poluxov Rio de Janeyro şəhərinin meri Marcelo Crivella ilə görüş keçirib.

Səfirlikdən “Report”a verilən məlumata görə, görüş zamanı, ikitərəfli münasibətlər, qarşılıqlı səfərlər, turizm və Formiula 1 yarışlarının təşkili və keçirilməsi sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.

Qeyd edək ki, Rio de Janeyro şəhəri ilə Bakı şəhəri 2015-ci ildən etibarən qardaşlaşmış şəhər elan ediliblər və Rio de Janeyro şəhərində 2016-cı ildən etibarən Azərbaycan adını daşıyan bələdiyyə məktəbi fəaliyyət göstərir. 

Son xəbərlər

Orphus sistemi