Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin BMT baş katibinə Ermənistanın işğal altındakı Dağlıq Qarabağdakı qondarma seçkilərlə bağlı ünvanladığı məktub BMT Baş Assambleyasının sənədi kimi dərc edilib.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva öz “Twitter” səhifəsində yazıb.