Herbert Salber Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışıb

Herbert Salber Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışıb Elmar Məmmədyarov AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib
Xarici siyasət
14 Yanvar , 2015 16:44
Herbert Salber Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışıb

Bakı. 14 yanvar. REPORT.AZ/ Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə Avropa Birliyi arasında əlaqələrin inkişafı və enerji sahəsində strateji tərəfdaşlıq məsələləri müzakirə olunub. Avropa Birliyi ilə Azərbaycan arasında vizaların sadələşdirilməsi və readmissiya haqqında sazişin qüvvəyə minməsi məmnunluqla qeyd olunaraq, bu çərçivədə elm, təhsil, mədəniyyət, turizm və işgüzar sahədə qarşılıqlı təmasların artdığı vurğulanıb.

H.Salber Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu xüsusi qeyd edib.

Görüş zamanı Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Elmar Məmmədyarov Ermənistan tərəfindən məqsədyönlü şəkildə vəziyyəti gərginləşdirmək üçün təxribat əməllərinə əl atıldığını qeyd edərək, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi