Türkiyənin Azərbaycandakı səfirliyi “Twitter”dəki səhifəsində koronavirusla bağlı açıqlama yayıb.
“Report”un məlumatına görə, məlumatda bildirilir ki, Azərbaycanda koronavirusla bağlı vəziyyət səfirlik və baş konsulluq tərəfindən yaxından müşahidə edilir: "Nazirlər Kabineti yanında operativ qərargah ölkədəki bütün təhsil ocaqlarında dezinfeksiya və digər qabaqlayıcı tədbirlərin görülməsi məqsədilə tətilin müddətinin martın 10-dan 20-dək uzadıldığı, martın 20-26-nin Novruz bayramı ilə əlaqədar rəsmi tətil olduğuna görə təhsil ocaqlarında dərslərin faktiki martın 27-də başlayacağını açıqlayıb".
"Azərbaycanda olan vətəndaşlarımızın bu mərhələdə
Qeyd edək ki, Azərbaycanda koronavirusa yoluxanların sayı 11 nəfərdir.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 115 ölkədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 114 515-ə çatıb. Bunların 64 280 nəfəri sağalıb, 4 027 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.