Azərbaycanda yaşayan Moldova vətəndaşları prezident seçkilərində səs verə biləcəklər

Azərbaycanda yaşayan Moldova vətəndaşları prezident seçkilərində səs verə biləcəklər Bakıda onlar üçün seçki məntəqəsi yaradılacaq
Xarici siyasət
27 Sentyabr , 2016 05:49
Azərbaycanda yaşayan Moldova vətəndaşları prezident seçkilərində səs verə biləcəklər

Kişinyov. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanda yaşayan Moldova vətəndaşları üçün oktyabrın 30-da ölkələrində keçiriləcək növbəti prezident seçkilərində səs vermək imkanı yaradılacaq.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, Moldova hökumətinin qəbul etdiyi qərara əsasən, Azərbaycan da daxil olmaqla xarici ölkələrdə 100 seçki məntəqəsi yaradılacaq.

Məntəqələrin sayına görə İtaliya birinci (25 məntəqə), Rumıniya ikinci (11 məntəqə), Rusiya isə üçüncü (8 məntəqə) yerdə qərarlaşıb.

Moldova Mərkəzi Seçki Komissiyasının (MSK) yaydığı son məlumata görə, prezident seçkilərinə namizəd qismində hələ ki, 1 hərəkat və 4 siyasi partiyanın sədri rəsmi qeydiyyata alınıb. Namizədlərin qeydə alınmasının son tarixi isə sentyabrın 29-dur. Prezident seçkilərində xarici ölkələrdə yaşayan 3 min 570 səsvermə hüququna malik vətəndaş MSK-da ilkin olaraq onlayn qeydiyyatdan keçib. Moldova Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyi isə xaricdə yaşayan, işləyən və təhsil alan 800 minə yaxın Moldova vətəndaşının olduğunu bildirib.

Xatırladaq ki, 30 oktyabr seçkisi 1996-cı ildən bəri Moldovada ümumxalq səsverməsi ilə keçiriləcək ilk prezident seçkisi olacaq.

Son xəbərlər

Orphus sistemi