Azərbaycanda iqlim dəyişikliklərinin fəsadlarının aradan qaldırılması ilə bağlı layihə icra ediləcək.
“Report” xəbər verir ki, bu barədə
Onun sözlərinə görə,
Avropa İttifaqı Avropa qonşuluq siyasəti baş direktorluğunun rəhbəri, "Şərq Tərəfdaşlığı" ölkələrində qarşılıqlı fəaliyyət sektorunun başçısı Maykl Rupp də layihənin iqlim dəyişikliklərinin fəsadlarını aradan qaldırmaqda iştirakçı ölkələr qarşısında yeni imkanlar açacağını qeyd edib: “4 il ərzində həyata keçiriləcək layihənin icrasına 8,8 milyon avro maliyyə ayrılıb, Azərbaycana ayrılan vəsait isə 830 min avroya yaxındır”. O, Azərbaycanın bu layihəni regionun yerli şəraitinə uyğunlaşdırmasının zəruri olduğunu, ölkə qanunlarını həmin istiqamətdə təkmilləşdirməyə kömək etmək niyyətində olduqlarını da vurğulayıb.
Aİ-nin Azərbaycandakı daimi nümayəndəliyinin müşaviri Simon Qatti də Azərbaycanla Aİ-nin yaxın zamanlarda imzalayacaqları əhatəli saziş çərçivəsində tərəflər arasında iqlim dəyişikliyi də daxil olmaqla bütün sahələrdə əməkdaşlığın daha da dərinləşəcəyini diqqətə çatdırıb.