Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Bolqarıstanı milli bayram münasibətilə təbrik edib.
“Report” xəbər verir ki, nazirliyin təbriki “Twitter” səhifəsində yerləşdirilib.
Təbrikdə deyilir: “Milli Bayram münasibətilə dost Bolqarıstan xalqına sülh və çiçəklənmə diləyirik. Biz inanırıq ki, iki ölkə arasındakı ənənəvi dostluq və əməkdaşlıq millətlərimizin rifahı üçün gələcəkdə də inkişaf edəcək”.