Azərbaycan XİN Bolqarıstan vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb

Azərbaycan XİN Bolqarıstan vətəndaşının adını "arzuolunmaz şəxslər" siyahısından çıxarıb Valentin Dreharski gələcəkdə işğal olunmuş ərazilərə səfərlərdən çəkinəcəyinə dair zəmanət verib
Xarici siyasət
10 Noyabr , 2016 12:15
Azərbaycan XİN Bolqarıstan vətəndaşının adını arzuolunmaz şəxslər siyahısından çıxarıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Bolqarıstan Respublikasının vətəndaşı, “Besttechnica TM-Radomir PAD” şirkətinin əməkdaşı və səyahətçi Valentin Dreharski məktubla müraciət edərək, adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə "Report"a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Nazirlikdən bildirilib ki, məktubunda V.Dreharski Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb.

Səfərlə əlaqədar təəssüfünü ifadə edərək, V.Dreharski Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. V.Dreharski, həmçinin gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.

V.Dreharskinin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "arzuolunmaz şəxslər" siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Son xəbərlər

Orphus sistemi