Bakı. 28 fevral. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri
"Report" diplomatik mənbələrə istinadən xəbər verir ki, səfər bu il martın 9-da reallaşacaq.
Bildirilir ki, E.Məmmədyarov Tehranda bir sıra rəsmi görüşlər keçirəcək, o cümlədən iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə görüşəcək.
Xatırladaq ki, "Report" daha əvvəl XİN başçısı Elmar Məmmədyarovun İran tərəfinin dəvəti ilə martın ilk ongünlüyündə İrana səfər edəcəyini xəbər vermişdi.