Yuxarı

Azərbaycan XİN başçısı Latviyaya rəsmi səfər edəcək

​Azərbaycan XİN başçısı Latviyaya rəsmi səfər edəcək

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Latviyaya rəsmi səfər edəcək.

"Report" Latviyanın Azərbaycandakı səfirliyinin Mətbuat Xidmətinə istinadən xəbər verir ki, E.Məmmədyarov adıçəkilən ölkəyə dekabrın 12-13-də səfər edəcək.

Səfər zamanı o, Latviyanın prezidenti Eqils Levits, xarici işlər naziri Edqars Rinkeviçs, Seym (Latviya parlamenti) sədri İnara Murnietse və müdafiə naziri Artis Pabriks ilə görüşəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi