Azərbaycan XİN başçısının müavini QDİƏT xarici işlər nazirləri şurasının 31-ci iclasında iştirak edir

Azərbaycan XİN başçısının müavini QDİƏT xarici işlər nazirləri şurasının 31-ci iclasında iştirak edir Son 6 ay ərzində təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur
Xarici siyasət
12 Dekabr , 2014 09:36
Azərbaycan XİN başçısının müavini QDİƏT xarici işlər nazirləri şurasının 31-ci iclasında iştirak edir

Bakı. 12 dekabr. REPORT.AZ/ Bu gün Yunanıstanın Saloniki şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) xarici işlər nazirləri şurasının 31-ci iclası keçirilir. Azərbaycan Xarici İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, iclasda XİN başçısının müavini Mahmud Məmməd-Quliyev iştirak edir.

İclasda qəbul edilmiş qətnamə, qərar və tövsiyələrin icrası vəziyyətinin qiymətləndirilməsi, son 6 ay ərzində təşkilat çərçivəsində həyata keçirilmiş əməkdaşlıq əlaqələrinin vəziyyəti kimi məsələlərin müzakirə edilməsi nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi