Azərbaycan və Xorvatiyanın kənd təsərrüfatı nazirlikləri arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib

Azərbaycan və Xorvatiyanın kənd təsərrüfatı nazirlikləri arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib Bakı. 5 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında sentyabrın 6-da Zaqreb şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.
Xarici siyasət
5 Oktyabr , 2018 10:28
Azərbaycan və Xorvatiyanın kənd təsərrüfatı nazirlikləri arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqlənib

Bakı. 5 oktyabr. REPORT.AZ/ Prezident İlham Əliyev Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Xorvatiya Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında əməkdaşlıq haqqında sentyabrın 6-da Zaqreb şəhərində imzalanmış Anlaşma Memorandumunu təsdiq edib.

“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı fərman imzalayıb.

Fərmanla Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinə Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirmək tapşırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinə də Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Xorvatiya Respublikası Hökumətinə bildiriş göndərilməsi tapşırığı verilib.

Son xəbərlər

Orphus sistemi