Azərbaycan və Ukrayna narkotik qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq edəcək

Azərbaycan və Ukrayna narkotik qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq edəcək Bakı. 24 yanvar. REPORT.AZ/ Ukrayna və Azərbaycanın sərhəd xidməti rəhbərləri - Pyotr Tsiqikal ilə Elçin Quliyev narkotik qaçaqmalçılığına qarşı mübarizə, eləcə də xüsusi təyinatlı bölmələrin peşəkar hazırlığı üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.
Xarici siyasət
24 Yanvar , 2018 16:38
Azərbaycan və Ukrayna narkotik qaçaqmalçılığına qarşı mübarizədə əməkdaşlıq edəcək
dpsu.gov.ua

Bakı. 24 yanvar. REPORT.AZ/ Ukrayna və Azərbaycanın sərhəd xidməti rəhbərləri - Pyotr Tsiqikal ilə Elçin Quliyev narkotik qaçaqmalçılığına qarşı mübarizə, eləcə də xüsusi təyinatlı bölmələrin peşəkar hazırlığı üzrə əməkdaşlıq etmək barədə razılığa gəliblər.

"Report" Ukrayna Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Kiyevdə iki ölkənin sərhəd xidmətləri rəhbərlərinin görüşündə sərhəd təhlükəsizliyinə təhdidlərə qarşı mübarizə üzrə təcrübə mübadiləsi və dövlət sərhədinin mühafizəsi sahəsində risklərin birgə təhlilinin aparılması barədə qərar qəbul edilib.

Rəsmilər sərhədlərin transsərhəd cinayətkarlıqdan və terrorizmdən effektiv şəkildə qorunması məqsədilə müasir texniki vasitələrin tətbiqini müzakirə ediblər.

Həmçinin yaxın illər üçün iki ölkənin sərhəd xidmətləri arasında əməkdaşlıq planını hazırlamaq barədə razılıq əldə olunub.

Son xəbərlər

Orphus sistemi