Yuxarı

Azərbaycan və Türkiyə XİN-nin mətbuat katiblikləri arasında məsləhətləşmələr keçirilib

​Azərbaycan və Türkiyə XİN-nin mətbuat katibliyi arasında məsləhətləşm

Ankarada Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibliyi ilə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibliyi arasında məsləhətləşmələr keçirilib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva özünün “Twitter” səhifəsində məlumat verib.

İclasda ölkəmizi Azərbaycan XİN-nin mətbuat katibi Leyla Abdullayeva, Türkiyə tərəfini isə bu ölkənin XİN mətbuat katibi Hami Aksoy təmsil edib.

Görüşdə katibliklər arasında əməkdaşlıq imkanları və birgə fəaliyyət haqqında yeni təşəbbüslər müzakirə edilib. Eyni zamanda tərəflər arasında mübadilənin davamlı olması barədə razılıq əldə olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi