Azərbaycan və Qazaxıstanın gənclər təşkilatları memorandum imzalayıblar

Azərbaycan və Qazaxıstanın gənclər təşkilatları memorandum imzalayıblar "Memorandum imzalamaqla, bir-birimizə daha bir addım yaxınlaşırıq"
Xarici siyasət
22 Sentyabr , 2017 11:28
Azərbaycan və Qazaxıstanın gənclər təşkilatları memorandum imzalayıblar
Khabar.az

Bakı. 22 sentyabr. REPORT.AZ/ Aktauda Beynəlxalq Gənclər Forumu çərçivəsində Qazaxıstan - Azərbaycan Əməkdaşlığı Günü keçirilib.

"Report"un "khabar.az"a istinadən verdiyi məlumata görə, iki ölkənin müxtəlif gənclər təşkilatlarının nümayəndələri Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə həyata keçirilən "Ruhani janğıru" (Mənəvi yeniləşmə) proqramının aktuallığını qeyd ediblər.

Görüşdə təcrübə mübadiləsi, qarşılıqlı fəaliyyət və gələcək əməkdaşlıq barədə memorandum imzalanıb.

"Jas Otan"ın gənclər qanadının sədri Daniyar Sundetbayın sözlərinə görə, Azərbaycan və Qazaxıstan gəncləri başa düşürlər ki, latın əlifbası bu gün iki ölkəyə lazımdır: "Dünya miqyasında yalnız latın əlifbasından istifadə edirik. Memorandum imzalamaqla, bir-birimizə daha bir addım yaxınlaşırıq".

Son xəbərlər

Orphus sistemi