Yuxarı

​Azərbaycan və Makedoniya prezidentlərinin görüşü olub

​Azərbaycan və Makedoniya prezidentlərinin görüşü olub
Görüşdə ikitərəfli münasibətlərin uğurla inkişafından danışılıb

Bakı. 6 fevral. REPORT.AZ/ Prezident İlham Əliyevin fevralın 6-da Münxendə keçmiş Yuqoslaviya Makedoniya Respublikasının prezidenti George İvanov ilə görüşü olub.

"Report" xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirilib.

Enerji, gömrük, mədəniyyət, idman və digər sahələrdə əməkdaşlığın genişlənməsi üçün yaxşı perspektivlərin olduğu vurğulanıb. Bu ilin iyununda Bakıda keçiriləcək ilk Avropa Oyunlarının əhəmiyyəti qeyd olunub.

Söhbət zamanı əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əminlik ifadə edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi