Yuxarı

Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub

Azərbaycan və Çin parlamentləri arasında əlaqələrin inkişafı müzakirə olunub

647

Milli Məclisdə Çin Xalq Respublikasi Xarici ölkələrlə Dostluq Cəmiyyətinin nümayəndələri ilə görüş keçirilib

Bakı. 14 mart. REPORT.AZ/ Milli Məclisin Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərinin Çin Xalq Respublikasi Xarici ölkələrlə Dostluq Cəmiyyətinin nümayəndələri ilə görüşü olub.

Milli Məclisin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, işçi qrupun rəhbəri, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov əvvəlcə Çinlə beynəlxalq təşkilatlardakı səmərəli əməkdaşlığımızdan söz açıb. Bildirib ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Çinlə münasibətlər yüksək səviyyədə inkişaf edib. Təməli Heydər Əliyev tərəfindən qoyulan bu münasibətlər ölkə başçısı İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. O, parlamentlərarası əlaqələrin inkişafında dostluq qruplarının rolunu vurğulayıb.

S.Novruzov qeyd edib ki, Azərbaycan parlamentində Çinlə dostluq qrupunda 25 nəfər təmsil olunur.

Sonra Çin Kommunist Partiyası ilə Yeni Azərbaycan Partiyası arasında əlaqələrdən, təhsil sahəsindəki əməkdaşlıqdan söhbət açılıb.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumu barədə məlumat verən işçi qrupun rəhbəri bildirib ki, işğalçı dövlət mütəmadi olaraq atəşkəsi pozur: "Torpaqlarımızın 20 faizi hələ də düşmən tapdağı altındadır. Bir milyondan artıq soydaşımız öz doğma dədə-baba torpaqlarından qovulub. Ermənistan beynəlxalq təşkilatların Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı qəbul etdiyi heç bir qətnaməyə məhəl qoymur. Bu münaqişə bütün regionun təhlükəsizliyini təhdid altında saxlayır".

Çinin Xarici ölkələrlə Dostluq Cəmiyyətinin sədr müavini, nümayəndə heyətinin başçısı Song Jingüu səmimi görüş və ətraflı məlumat üçün təşəkkürünü bildirib. Qonaq Azərbaycana Heydər Əliyev Fondunun dəvəti ilə gəldiklərini bildirib, keçirdikləri görüşlərdən, səfərdən aldıqları təəssüratdan olduqca məmnun olduqlarını qeyd edib. O, Çinin BMT Təhlükəsizlik Şurasının tam hüquqlu üzvü, bütün dünyada iqtisadi qüdrətinə görə seçilən bir dövlət kimi hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bildirib. Ölkələr arasında siyasi münasibətlərdə hər zaman qarşılıqlı inam və etimadın olduğunu deyən Song Jingüu Tayvan məsələsində verdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü ifadə edib.

Söhbətdə hər iki ölkənin təşəbbüskarı olduğu yeni iqtisadi layihələr, ölkələrimizarası humanitar təmaslar, münasibətlərin gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi