Naxçıvan. 22 sentyabr. REPORT.AZ/ Azərbaycan və Avropa İttifaqı arasında yeni saziş üzrə danışıqların növbəti mərhələsi oktyabrın 2-3-də Brüsseldə keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas məlumat verib.
Baş tutacaq danışıqlarda Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev rəhbərlik edəcək.