Yuxarı

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının Tbilisi görüşünün təxirə salınmasına aydınlıq gətirilib

Azərbaycan-Türkiyə-Gürcüstan XİN başçılarının Tbilisi görüşünün təxirə

“Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin növbəti görüşünün keçiriləcəyi tarix hələlik bəlli deyil”.

Bu barədə “Report”un yerli bürosunun sualına cavab olaraq Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyənin XİN başçısı Mövlüd Çavuşoğlu Tbilisidə planlaşdırılan görüşün təxirə salınması ilə bağlı gürcü həmkarı David Zalkaliani ilə telefon danışığı aparıb:

“Gürcüstanın xarici işlər naziri Türkiyə tərəfinin müraciətini anlaşıqlı qəbul edib. Mövlüd Çavuşoğlu anlaşıqlı qəbul olunduğuna görə gürcü həmkarına təşəkkürünü bildirib”.

Qeyd edək ki, Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının səkkizinci görüşü Tbilisidə oktyabrın 16-da keçirilməli idi.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi