Bakı. 31 avqust. REPORT.AZ/ "Azərbaycanın Hindistandakı səfirliyinə Ermənistanın bu ölkədən yeni silah almaq istəməsi barədə məlumatları araşdırmaq barədə tapşırıq verilib".
"Report"un məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
"Hindistandakı diplomatik nümayəndəliyimizə Ermənistan KİV-də yer alan bu məlumatların nə dərəcə doğru olduğunu dəqiqləşdirmək və zərurət olarsa bu məsələ ilə bağlı Hindistan tərəfi ilə görüşmək təlimatı vermişik", - o, deyib.