Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə bu ölkənin TV2000 kanalının TGtg xəbərlər proqramının canlı efirində qonaq olub.
Bu barədə “Report”a Azərbaycanın İtaliyadakı səfirliyindən bildirilib.
Verilişin aparıcısı Klara İatostinin sullarına cavab olaraq M.Əhmədzadə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, təmas xəttindəki son durum, Azərbaycanda iqtisadi vəziyyət, iqtisadiyyatın şaxələndirilməsi prosesi, İtaliya-Azərbaycan əməkdaşlığı və perspektivlərinə dair mövzularla bağlı məlumat verib.
Veriliş boyu Ermənistanın Azərbaycana qarşı təcavüzü, xəritə üzərində işğal olunmuş ərazilərimiz, habelə ölkəmizin inkişafını nümayiş etdirən kadrlar göstərilib.