Yuxarı

Azərbaycan səfiri Gürcüstan xarici işlər nazirinin müavini ilə görüşüb

Azərbaycan səfiri Gürcüstan xarici işlər nazirinin müavini ilə görüşüb

Tbilisi. 31 oktyabr. REPORT.AZ/ Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Gürcüstanın xarici işlər nazirinin yeni təyin olunmuş müavini Laşa Darsalia ilə görüşüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, görüşdə tərəflər iki ölkə arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını vurğulayıblar.

Qeyd olunub ki, son illər Gürcüstan və Azərbaycan arasında müxtəlif sahələrdə tərəfdaşlıq münasibətləri dərinləşdirilib. Görüşdə həmçinin qarşılıqlı əməkdaşlığın gələcək perspektivləri barədə də fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi