Nazir: “Azərbaycan Rusiya məhsullarının dünya bazarına çıxmasında böyük rol oynayır”

Nazir: “Azərbaycan Rusiya məhsullarının dünya bazarına çıxmasında böyük rol oynayır” Rusiya üçün Azərbaycan bazarı maraqlı olduğu kimi, Azərbaycan vasitəsi ilə açılan digər ölkələrin bazarları da cəlb edicidir
Xarici siyasət
13 Fevral , 2019 09:14
Nazir: “Azərbaycan Rusiya məhsullarının dünya bazarına çıxmasında böyük rol oynayır”

Moskva. 13 fevral. REPORT.AZ/ “Azərbaycan məhsullarına Rusiya bazarında böyük maraq var. Bir qrup insan Rusiyada sadəcə, məhz Azərbycan məhsullarına üstünlük verir. Bu planda iki ölkə arasında ticarət dövriyyəsi artmaqdadır. Buna həm də nəqliyyat karidorlarının artması və körpünün inşası təkan verir”.

Bunu “Report”un Rusiya bürosuna açıqlamasında Moskva vilayətinin kənd təsərrüfatı və ərzaq məhsulları naziri Andrey Razin deyib.

O qeyd edib ki, Rusiya üçün Azərbaycan bazarı maraqlı olduğu kimi, Azərbaycan vasitəsilə açılan digər ölkələrin bazarları da cəlbedicidir: “Yeni tikilən körpü ilə həm Azərbaycan, həm də əks istiqamətdə ticarət dövriyyəsi dəfələrcə artacaq, hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcək”. 

Azərbaycan məhsullarının Moskva vilayətində kifayət qədər təqdim olunması ilə bağlı sualı cavablandıran nazir qeyd edib ki, məhsullar yetərincədir: “Tələb olunan məhsullar icərisində üstünlük meyvə-tərəvəzə verilir. Bu, Azərbaycan məhsullarının ilk öncə keyfiyyətcə tanınmasıdır. Tələb var, təklif isə artmalıdır. Azərbaycan Rusiya məhsullarının dünya bazarına çıxmasında da böyük rol oynayır. Belə ki, Azərbaycan vasitəsilə Rusiya istehsalının İrana, oradanda Hindistana kimi yayılma imkanı var. Bu baxımdan Azərbaycan Rusiya üçün nəqliyyat-loqistika məkanına çevrilə bilər. Bu isə iki ölkə arasınada ticariyyət dövriyyəsinin son dərəcə artımına səbəb olacaq”. 

İqbal Rüstəmov

Son xəbərlər

Orphus sistemi