Yuxarı

Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın gələn il üçün iş planı təsdiqlənib

Azərbaycan-Rusiya dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın gələn il üçün iş planı təsdiqlənib

Bakı. 15 noyabr. REPORT.AZ/ Moskva şəhərində Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib. 

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplantı noyabrın 13-dən 15-dək davam edib.

Görüş zamanı Azərbaycan ilə Rusiya arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub. Eyni zamanda 2019-cü il üçün komissiyanın iş planı təsdiqlənib və iclasın protokolu imzalanıb. 

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub. 

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi