​Azərbaycan QDİƏT gəncləri üçün yay düşərgəsi təşkil etməyi təklif edib

​Azərbaycan QDİƏT gəncləri üçün yay düşərgəsi təşkil etməyi təklif edib Azərbaycan öz vəsaiti hesabına QDİƏT gəncləri üçün yay düşərgəsi təşkil edə bilər
Xarici siyasət
1 Dekabr , 2014 10:21
​Azərbaycan QDİƏT gəncləri üçün yay düşərgəsi təşkil etməyi təklif edib

Bakı. 1 dekabr. REPORT.AZ/ "Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) ölkələrinin gəncləri üçün yay düşərgəsi təşkil edə bilər. Belə ki, Azərbaycanda gənclərin inkişafı və idmanın kütləviləşməsi üçün böyük vəsaitlər ayrılır". "Report" xəbər verir ki, bunu Bakıda keçirilən QDİƏT Elm və Texnologiya üzrə İşçi Qrupunun yüksək səviyyəli görüşündə Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev çıxışında deyib.

Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyət göstərdiyini nəzərə çatdıran E.Babayev bildirib ki, Azərbaycan öz vəsaiti hesabına QDİƏT gəncləri üçün yay düşərgəsi təşkil edə bilər.

Son xəbərlər

Orphus sistemi