Yuxarı

Azərbaycan Prezidenti özbəkistanlı həmkarına başsağlığı məktubu göndərib

Həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı

Bakı. 19 yanvar. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevə başsağlığı məktubu göndərib.

"Report"un xəbərinə görə, məktubda deyilir:

"Hörmətli Şavkat Miromonoviç,

Qazaxıstanın Aktobe vilayətində sərnişin avtobusunun yanması nəticəsində həmvətənlərinizin faciəli şəkildə həlak olması xəbəri məni son dərəcə sarsıtdı.

Baş vermiş bu hadisə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Özbəkistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin!"

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi