Azərbaycan Prezidenti Monteneqronun yeni seçilmiş dövlət başçısını təbrik edib

Azərbaycan Prezidenti Monteneqronun yeni seçilmiş dövlət başçısını təbrik edib Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb.
Xarici siyasət
27 Aprel , 2018 14:33
Azərbaycan Prezidenti Monteneqronun yeni seçilmiş dövlət başçısını təbrik edib
Monteneqronun Prezidenti Milo Cukanoviç / REUTERS/Stevo Vasiljevic

Bakı. 27 aprel. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqronun yeni seçilmiş Prezidenti Milo Cukanoviçə təbrik məktubu ünvanlayıb. 

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Cukanoviç,

Monteneqronun Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Monteneqro münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, yenidən dövlət başçısı kimi fəaliyyət göstərəcəyiniz növbəti dövrdə ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin daha da genişlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın dərinləşməsi yolunda səylərimizi davam etdirəcəyik.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Monteneqro xalqının rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram".

Son xəbərlər

Orphus sistemi