Azərbaycan Prezidenti Mərakeş kralına məktub göndərib

Azərbaycan Prezidenti Mərakeş kralına məktub göndərib Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib.
Xarici siyasət
28 İyul , 2018 17:20
Azərbaycan Prezidenti Mərakeş kralına məktub göndərib

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu göndərib. 

"Report" xəbər verir ki, məktubda deyilir: 

"Əlahəzrət,

Əziz Qardaşım,

Milli bayramınız – Taxt-Tac Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətlərinin hərtərəfli inkişafı və daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Son xəbərlər

Orphus sistemi