Azərbaycan Prezidenti makedoniyalı həmkarı ilə görüşüb - YENİLƏNİB

Azərbaycan Prezidenti makedoniyalı həmkarı ilə görüşüb - YENİLƏNİB Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti ətrafında fikir mübadiləsi aparılıb
Xarici siyasət
15 Mart , 2018 16:55
Azərbaycan Prezidenti makedoniyalı həmkarı ilə görüşüb - YENİLƏNİB

Bakı. 15 mart. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

"Report" xəbər verir ki, Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətinin artdığını qeyd edən dövlət başçısı Makedoniya Respublikasının Prezidenti Georgi İvanovun bu tədbirdə iştirakının önəmini vurğulayıb. 

Prezident İlham Əliyev Makedoniya Respublikasının Prezidenti ilə Bakıda və müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində görüşlərini məmnunluqla xatırladıb.

Makedoniya Respublikasının Prezidenti Georgi İvanov VI Qlobal Bakı Forumunun yüksək səviyyədə təşkil olunduğunu və uğurla keçirildiyini qeyd edib. O bildirib ki, bu tədbir əməkdaşlığın genişləndirilməsi, beynəlxalq aləmdə sabitliyin, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işinə böyük töhfə verir.

Görüşdə iki ölkə arasında energetika, əczaçılıq və digər sahələrdə əməkdaşlıq əlaqələrinin vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Makedoniya Respublikasının Prezidenti Georgi İvanov Prezident İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.


*** 15:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 15-də Makedoniya Respublikasının Prezidenti George İvanov ilə görüşüb.

"Report"un xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Son xəbərlər

Orphus sistemi