Azərbaycan Prezidenti KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib

Azərbaycan Prezidenti KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarı qəbul edib.
Xarici siyasət
15 Noyabr , 2019 16:09
Azərbaycan Prezidenti KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibi Feysəl bin Muammarı qəbul edib.

"Report"un xəbərinə görə, görüşdə dünyanın bəzi regionlarında islamofobiya meyillərinin artması ilə əlaqədar narahatlıq ifadə olunub.

Söhbət zamanı Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində Azərbaycan xalqına məxsus maddi-mədəniyyət və dini abidələri, o cümlədən məscidləri məhv etməsi vurğulanıb, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə və işğalçı Ermənistanla diplomatik əlaqə qurmadığına görə Səudiyyə Ərəbistanının mövqeyi yüksək qiymətləndirilib.

Son xəbərlər

Orphus sistemi