Azərbaycan Prezidenti İndoneziyanın dövlət başçısına başsağlığı verib

Azərbaycan Prezidenti İndoneziyanın dövlət başçısına başsağlığı verib "Açex vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi"
Xarici siyasət
7 Dekabr , 2016 16:35
Azərbaycan Prezidenti İndoneziyanın dövlət başçısına başsağlığı verib

Bakı. 7 dekabr. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İndoneziya Respublikasının Prezidenti Coko Vidodoya başsağlığı məktubu göndərib. 

"Report"un məlumatına görə, məktubda deyilir: 

"Hörmətli cənab Prezident,

İndoneziyanın Açex vilayətində baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İndoneziya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Son xəbərlər

Orphus sistemi